Mask Heydər Əliyev Mərkəzində TƏDBİRƏ QATILACAQ
    • 5-10-2023, 14:59
    • 304

Mask Heydər Əliyev Mərkəzində TƏDBİRƏ QATILACAQ

“SpeysX” şirkətinin rəhbəri İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış edəcək.

News24.az xəbər verir ki, Mask Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirə virtual olaraq qatılacaq.

Məlumata görə, onun çıxışı Bakı vaxtı ilə saat 17:45-də baş tutacaq.

Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, "Youtube" kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.