"Vaqner" çıxır yerinə isə... KRİTİK GƏLİŞMƏ
    • 6-10-2023, 10:00
    • 55

"Vaqner" çıxır yerinə isə... KRİTİK GƏLİŞMƏ

“Vaqner” qruplaşması Suriyadan çıxdıqdan sonra boşalan mövqelərini İran qüvvələri tuta bilər”. 

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Artıq İran “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) şəxsi heyətinin Suxnada (Suriyanın mərkəzində) “Vaqner” muzdlularının əvvəllər tutduqları mövqelərdə yerləşdiyi bildirilir.

“Rusiya Müdafiə Nazirliyi bundan əvvəl "Vaqner"ə sentyabrın 20-dək Suriyanı tərk etmək və ya Rusiya silahlı qüvvələrinə qoşulmaq barədə göstəriş vermişdi. İran Suriyanın hər tərəfinə qüvvə və silah daşımaq üçün Suxnadan keçən marşrutdan müntəzəm istifadə edir ki, bu da mövqelərin işğalını daha da asanlaşdıra bilər. 

ISW bundan əvvəl də ehtimal edirdi ki, İran iqtisadi qazanc əldə etmək üçün Suriyanın mərkəzi səhrasında “Vaqner”in əvvəllər tutduğu digər mövqelərə nəzarət edə bilər. Bu mövqelərin bəzilərində “Vaqner”in qoruduğu neft-qaz yataqları var”, - məlumatda deyilir.

Ayşən