-
- 7-10-2023, 11:45
- 454
Qazini vurub öldürən sərxoş sürücüyə HÖKM OXUNDU
Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda içkili vəziyyətdə iki piyadanı vurub öldürməkdə təqsirləndirilən sürücü Abbas Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb .
News24.az-ın məlumatına görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A. Abbasov 4 il sürücülük hüququndan mərhum edilməklə 8 il 6 ay həbs cəzasına məhkum olunub.
İttihama görə, Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Goranboyda toydan sərxoş vəziyyətdə qayıdan Abbas Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan "RAV 4" və "Mercedes CLS" markalı minik maşınlarına çırpılıb. Hadisə nəticəsində Nəticədə "RAV 4"ün sürücüsü 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və "Mercedes CLS"nin sürücüsü 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər. Həlak olan 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
Samir Əli