Mafiyanın 100 milyon avroya yaxın pulu ƏLİNDƏN ALINDI
    • 7-10-2023, 21:12
    • 174

Mafiyanın 100 milyon avroya yaxın pulu ƏLİNDƏN ALINDI

İtaliyada maliyyə polisi Siciliyanın ikinci şəhərində - Kataniyada yerləşən nüfuzlu Laudana mafiyasının üzvü olan iki iş adamının 98 milyon avro dəyərində aktivlərini müsadirə edib.

News24.az  Lent.az-a istinadla xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, aktivlərin, o cümlədən nağd pulun müsadirəsi prosedurları Siciliya, Latsio, Lombardiya və Veneto bölgələrində baş tutub.

Müstəntiqlər şübhəliləri Kataniya yaxınlığındakı Skaliza klanı ilə əlaqələndirirlər.

Hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatında maliyyə polisinin 50 əməkdaşı iştirak edib.