Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək
    • 9-10-2023, 15:57
    • 198

Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək

Sabah Şuşa şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasında Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu iştirak edəcək.

News24.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ İƏT dövlət başçılarının 2023-cü ilin noyabrında Özbəkistanın Daşkənd şəhərində keçirilməsi planlaşdırılan 16-cı Zirvə Görüşünə hazırlıq olacaq.

İclasda tərəflər İƏT üzv dövlətləri arasında ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf yollarını, eləcə də, regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə edəcəklər.