"Şuşa Azərbaycan musiqisinin beşiyidir" - Fransalı musiqiçi
    • 22-03-2019, 16:25
    • 1 387

"Şuşa Azərbaycan musiqisinin beşiyidir" - Fransalı musiqiçi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri sayəsində muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilib. Alim Qasımov kimi istedadlı ənənəvi musiqi ifaçıları, eləcə də dünyada ən çox musiqiçisi olan Azərbaycan mədəniyyəti təşviq olunub və geniş auditoriyaya çatdırılıb. Qarabağ bölgəsi, xüsusilə də Şuşa Azərbaycan musiqisinin beşiyidir.

News24.az xəbər verir ki, bu fikirləri fransız etno-musiqişünası Jan Dürinq AZƏRTAC-a müsahibəsində söyləyib. J.Dürinq Azərbaycan musiqisinin tarixini Şuşa musiqiçilərinin yazdığını vurğulayıb. O, Alim Qasımovun böyük muğam ustadı olduğunu qeyd edərək bildirib ki, o, hələ 1989-cu ildə Parisdə ilk konsertindən sonra dəfələrlə buraya konsert verməyə dəvət olunub və Azərbaycan muğamını dünyada təşviq edib.

“Bakıda 2009-cu ildə keçirilmiş “Muğam dünyası” festivalı və bu festival çərçivəsində təşkil olunmuş muğam müsabiqəsi, eləcə də Beynəlxalq Muğam Mərkəzinin yaradılması ölkədə muğam musiqisinə verilən yüksək qiymətin bariz nümunələridir”, -deyə J.Dürinq diqqətə çatdırıb.