“İranı bombalayacağıq” – ABŞ-dan SENSASİON AÇIQLAMA
    • 12-10-2023, 13:11
    • 269

“İranı bombalayacağıq” – ABŞ-dan SENSASİON AÇIQLAMA

ABŞ senatoru Lindshey Graham İsrail-HƏMAS münaqişəsinə görə İranı günahlandırıb.

News24.az xəbər verir ki, CNN-də çıxış edən Qraham İrandan bunun əvəzini çıxmağın vaxtının çatdığını açıqlayıb.

“Əgər Həmas girovları öldürsə və Hizbullah şimaldan hücum etsə, İsrail daxilində iki cəbhə yaranacaq. Nəticədə mən İranın neft infrastrukturunu bombalamalı olacağam".

O, həmçinin İran neft infrastrukturunun bombalanması üçün İsraillə birgə hərbi əməliyyat təşkil ediləcəyini də qeyd edib.

Ülkər ABDURAHMANLI