Ərini öldürən qadınla bağlı bir-birini təkzib edən ekspert rəyləri AŞKARLANDI
    • 13-10-2023, 15:27
    • 279

Ərini öldürən qadınla bağlı bir-birini təkzib edən ekspert rəyləri AŞKARLANDI

Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

News24.az-ın məlumatına gprə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim deyib ki, cinayət işi üzrə məhkəmə tərkibində dəyişiklik olub. Yeni məhkəmə tərkibi formalaşdırıldığı üçün  məhkəmə istintaqı yenilənməlidir. 

Hakim Siyavuş Hacıyev deyib ki, bundan əvvəl ki tərkibdə işi araşdıran hakim heyəti şahidləri dindirilib. Amma yeni tərkibdə də şahidlərin dindirilməsi üçün müvafiq qərar qəbul olunacaq. 

Hakim bildirib ki, əvvəlki tərkibin araşdırması zamanı Əfsanə Qalabəylinin barəsində məhkəmə tibbi və Pataloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edilib. 

Ekspertiza rəyləri isə məhkəməyə bu günlərdə daxil olub. Həmin rəylərdən birində məlum olub ki, Əfsanə Qalabəyli cinayəti törədən zaman anlaqlı vəziyyətdə olub. 

Amma hadisəni törədən sonra pisixi sarsıntı keçirib. Ekspertiza rəyində qeyd olunub ki, Əfsanə Qalabəyli hadisəni törədəndən sonra psixoloji və fizioloji affekt vəziyyətinə düşüb. 

Həmin rəydə qeyd olunub ki, hazırda Əfsanə Qalabəyli etdiyi hərəkətləri dərk edə bilmir, heç nə başa düşmür, özünü idarə etmək iqtidarında deyil.

Hakimin sözlərinə görə, həmin rəydən məlum olur ki, Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür.

Hakim deyib ki, istintaq orqanından iş məhkəməyə daxil olan zaman şəxs anlaqsız vəziyyətdə olursa, o zaman ona qanuni nümayəndə təyin olunur, işlə birlikdə həmin qanuni nümayəndə də məhkəmə daxil olur. 

Dövlət ittihamçısı isə bildirib ki, hazırkı mərhələdə təqsirləndirilən şəxsə qanuni nümayəndənin təyin olunması düzgün deyil. Onun sözlərinə görə, hazırkı mərhələdə  həmin rəy sübut kimi qəbul edilə bilməz: "Çünki ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əməli anlaqsız vəziyyətdə olması ortaya çıxmış olsaydı, o zaman istintaq ona qanuni nümayəndə təyin edirdi. Hazırda proses yenidən başlayır. Həmin rəydə araşdırılmalıdır".

Əfsanə Qalabəylinin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin özünü idarə edə bilməməsi qara hərflərlə ekspertlər tərəfindən rəydə yazılıb: "Həmin rəydə 4 həkim imza edib. Belə olan halda Əfsanə Qalabəylinin hüquqlarının pozulmaması üçün qanuni nümayəndənin təyin olunması vacibdir. Bu işin araşdırılması üçün əsasıdır. Çünki Əfsanə Qalabəyli özünü dərk edə bilmir. Mən prosesdən əvvəl onunla danışsam dax məni anlamadığını başa düşdüm. Hazırda iş üzrə qanuni nümayəndə təyin olunması üçün qərara qəbul edəlməldir. İşin sonrakı mərhələsində bu məsələyə baxıla bilər".

Hakim də deyib ki, hazırda məhkəməyə daxil olan ekspertiza rəyində 4 həkim imza atıb, bu rəy işə əlavə olunub və araşdırılmalıdır. 

Hakim onu da deyib ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmaması üçün qanuni nümayəndə məhkəmə tərəfindən təyin olunur. Hakim Əfsanə Qalabəylinin anasının qanuni nümayəndə kimi tanınması barədə qərar qəbul edib və məhkəmə iclaslarında iştirak etməsinin təmin olunması barədə qərar qəbul edib 

Daha sonra hakim deyib ki, bundan əvvəlki hakim heyəti məhkəmə istintaqının başlayıb, ittiham elan edilib, təqsirləndirilən şəxs, şahidlər dinlənilib. 

Lakin hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenidən aşbalnalılır. Buna görə də ittiham aktını elan etmək üçün dövlət ittihamçısına söz verilib. 

Daha sonra prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

Bundan sonra Əfsanə Qalabəylidən ittihama münasibət bildirməsi, özünü təqsirli bilib-bilmədiyi soruşulub. Əfsanə Qalabəyli susaraq suallara cavab verməyib. 

Növbəti proses oktyabrın 27-də davam 

İttihama görə, ötən il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.

İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.

Xatırladaq ki, cinayət işi üzrə ifadə verən həmin qadınlardan biri Fidan (ad şərti verilib – red.) bildirib ki, Nuraninin hədə-qorxusu ilə həmin evə gedib və onun arvadı evdə olduğu halda cinsi əlaqəyə girib. O, həmçinin deyib ki, Nurani arvadının belə hərəkətlərinə etiraz etmədiyini söyləyib. Fidan həmçinin özünün də ailəli olduğunu bildirib.

Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olub.

Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.

İstintaq orqanı tərəfindən Əfsanə Qalabəylinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.

Samir Əli