“Ağlaya-ağlaya silahımı yerə qoydum” - Erməni separatçı
    • 13-10-2023, 19:25
    • 4 806

“Ağlaya-ağlaya silahımı yerə qoydum” - Erməni separatçı

“Bizi silahları yer qoymağa məcbur etdilər. Dedilər ki, silahı yerə qoymasanız, öldürəcəyik”.

News24.az Ordu.az-a istinadən xəbər verir ki, bunu ləğv edilən qanunsuz “hərbi birləşmənin üzvü” Karen Hambardzumyan deyib.

O qeyd edib ki, ağlaya-ağlaya silahımı yerə qoyub.

“Ağlaya-ağlaya silahımı yerə qoydum. Elə bir vəziyyət idi ki, kimsə əmrə qarşı olsaydı, öldürəcəkdilər. Xocavənddə mühasirədə idik, çıxmaq mümkün deyildi. Ruslar gəlib bizi blokadadan çıxardılar. Onlar bütün postları tərksilah etdilər, hamımızı toplayıb çıxardılar. Mən artıq bu satqınlardan hər şeyə inanıram. Hesab edirəm ki, Qarabağın itirilməsi daxili düşmənin xəyanətinin nəticəsidir”, - deyə Hambardzumyan qeyd edib.