-
- 14-10-2023, 11:00
- 435
13 yaşlı qız ağlayaraq yardım istədi – “Bizə kömək edin”
İsrail və HƏMAS arasında davam edən qarşıdurmalarda şiddət artmaqdadır. Qəzza zolağında mülki yaşayış məntəqələrinə edilən hücumlarda 1900-dən çox insan həyatını itirib. Bu ağrılı hadisələr qarşısında 13 yaşlı fələstinli qız dünyaya səslənərək kömək istəyib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
“Mən ərəb ölkələrindən və İslam ölkələrindən kömək istəyirəm. Heç kim bizə kömək etmir.
Uşaqlar sizə nə etdi?
"Bu baş verən hadisələrdə onların günahı yoxdur. Biz uşağıq eynən digər uşaqlar kimi. Biz zibil parçası deyilik, insanıq. Bunları yaşamağımız ədalətsizlikdir. Burada ilişib qalmışıq. Bura həbsxana deyil, və biz heç vaxt cinayət törətməmişik. İlişib qaldığımız və çıxa bilmədiyimiz kiçik bir düşərgədəyik. Ailəmin bir hissəsi gözlərimin qarşısında öldürüldü. Bu ədalətsizliyə son verin”-deyə, o çıxışını sonlandırıb.
Ülkər ABDURAHMANLI