-
- 12-10-2023, 15:27
- 256
Xəstəxanalarda vəziyyət KRİTİKDİR: Tibbi ləvəzimatlar AZALDI
Fələstin səhiyyə naziri Keyl verdiyi yazılı açıqlamada vəziyyətin kritik olduğunu açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Nazir xəstəxanalarda tibbi ləvazimatlarla bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb.
Çox yaralı olduğuna diqqət çəkən Keyle, Qəzza zolağında səhiyyə sistemi çökə bilər deyə xəbərdarlıq edib.
Səhiyyə naziri Beynəlxalq təşkilatlardan, xüsusilə də Beynəlxalq Qızıl Xaç Təşkilatı və Birləşmiş Millətlər Təşkilatına bağlı təşkilatlardan təcili tibbi yardım tələb edib. Fələstin Naziri, minlərlə yaralı, o cümlədən uşaqların xilas edilməsi üçün Qəzza zolağında səhra xəstəxanalarının yaradılmasını istəyib.
Qeyd edək ki, Qəzzada həyata keçirilən hücumlarda 1300 israilli həyatını itirib, 3300 israilli isə yaralanıb.
ÜLkər ABDURAHMANLI