"Diqlas" yanır - FOTO - VİDEO
    • 26-03-2019, 09:20
    • 2 482

"Diqlas" yanır - FOTO - VİDEO

Bakı şəhəri Nizami rayonu ərazisində  Neftçilər metrosu yaxınlığında yerləşən "Diqlas" ticarət mərkəzində dəhşətli yanğın başlayıb.

News24.az
-ın hadisə yerində olan əməkdaşının məlumatına görə ətrafı tüstü bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadası və Təcili Tibbi Yardım maşınları cəlb olunub.

Qeyd edək ki, ticarət mərkəzinə yaxın ərazidə yerləşən bina sakinləri yanğınla əlaqədar olaraq yaranan qatı tüstü səbəbindən evlərindən çölə çıxa bilmirlər.

Məlumat üçün onu da bildirək ki, bu, "Diqlas" ticarət mərkəzində baş verən ilk yanğın hadisəsi deyil.