"Ömürlük azdır, bunu güllələmək lazımdır" - Xaçaturyanın əzab verdiyi ZƏRƏRÇƏKMİŞ
    • 17-10-2023, 13:05
    • 2 254

"Ömürlük azdır, bunu güllələmək lazımdır" - Xaçaturyanın əzab verdiyi ZƏRƏRÇƏKMİŞ

"Meşəli kəndinə dekabrın 23-də 2 mindən yuxarı qoşun hücuma gəlmişdi. Onlar kənddən qaçan adamları də əsr götürürdülər". 

News24.az-ın məlumatına görə, bunu Meşəli kəndində törədilən soyqırımda təqsirləndirilərək həbs edilən Vaqif Xaçaturyanın məhkəməsində zərərçəkmiş kənd sakini Eldar Salmanov deyib. O bildirib ki, ermənilər hamını öldürmək istəsəydi, öldürürərdilər:

"Bunlar ancaq bizi əsr götürmək istəyirdilər. Qadınların fəryad səsi ilə əylənib oynayırdılar. İnsanlığa sığmayan hərəkətləri edirdilər. Bu Vaqif atam Rəfini yaxşı tanıyırdı, bizim evimizdə olub. Bunlara biz qonşuluq etmişik, yoldaşlıq etmişik. Heyf ki, tüpürdülər hər şeyin üstünə. Bacım, anam, atamı kənddə  itirdim, özüm də ayağımdan yaralandım. Uşaq idim, 28 meyiti gözümün qabağındadır. Bunlar qadınların döşlərini kəsdilər, Qaragah kəndi istiqamətinə yol açılmasaydı, Meşəlidən bir nəfər sağ çıxmayacaqdı. Atamın maşınını bu Vaqif götürdü. Dəfərlərlə atam Rəfinin evində çörək yemisən, amma xəstə aparan təcili yardım maşını vurdun. Qulaq kəsənlər, göz çıxaranlara pul verirdilər. Ona görə bunlar ölənlərin meyitlərinə işgəncə verirdilər. Ən qatı türk düşmənidir. Sən də, qardaşın da cinayətlərə rəhbərlik etmisiz. Ömürlük azdır, bunu güllələmək lazımdır".

Samir Əli