Abbas Baydeni saymır - Tramp
    • 18-10-2023, 08:15
    • 149

Abbas Baydeni saymır - Tramp

Digər ölkələr ABŞ-a hörmət etmir, bunu Fələstin lideri Mahmud Abbasın Co Baydenlə görüşdən imtinası da təsdiqləyir.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.

"Hamı Baydenin Mahmud Abbası görmək üçün Yaxın Şərqə uçmağa hazırlaşmasından danışır, görüş təyin edilmişdi və Abbas sadəcə onu ləğv etdi. ABŞ-a hörmət edilmir", - siyasətçi yazıb.

Qeyd edək ki, Mahmud Abbas bu gün regiona səfərə gələn Co Bayden, İordaniya kralı II Abdullah və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüş keçirməli idi. M.Abbasın ötən gün İsrail ordusunun Qəzza zolağında xəstəxanaya raket zərbəsi endirməsi nəticəsində yüzlərlə insanın həlak olmasından sonra görüşdən imtina etdiyi bildirilir.