Baydenin İsrail səfərinə Baxçalıdan SƏRT REAKSİYA : Türkiyəyə gəlsəydi...
    • 18-10-2023, 16:42
    • 196

Baydenin İsrail səfərinə Baxçalıdan SƏRT REAKSİYA : Türkiyəyə gəlsəydi...

MHP lideri Dövlət Baxçalı ABŞ prezidenti Co Baydenin İsrailə səfərinə reaksiya verib.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" mıumat yayıb.

Dövlət Bağçalı bildirib ki, bu səfər törədilən vəhşiliyə dəstək və tarixi bir yanlışdır:

"Təəssüflər olsun ki, Qəzzada dağıdıcı və dəhşətli faciənin bütün fəsadları yaşanarkən dünya sadəcə susur və seyr edir. Vəhşilik hər gün yeni bir ölçü qazanır". 

O bildirib ki, Baydenin İsrailə səfəri 2 səbəbdən ola bilər. 

"Ya İsrailin hücumlarını birbaşa idarə edir, ya da sionist lobbilər tərəfindən idarə olunur. Hər iki variant da fəlakətə gətirib çıxarır. Əgər ABŞ prezidenti İsrail əvəzinə Türkiyəyə gəlsəydi, bu onun ikitərəfli koordinasiyalı vasitəçilik missiyasına can atdığını və bu istiqamətdə yaxşı niyyət axtarışında olduğunu ifadə edərdi. Baydenin məsuliyyətsizliyi, düşüncəsiz siyasəti barışdırıcı və sakitləşdirici deyil, təxribatçı və qaranlıqdır”.

“Dinc əhaliyə və günahsız insanlara qarşı edilən hücumları nifrətlə qınayır, həyatını itirən fələstinli qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm”- deyə, o çıxışını bitirib.

Ülkə Abdurahmanlı