-
- 19-10-2023, 11:31
- 208
ABŞ İsrail və Ukraynaya pul ayıra bilər - RTV VİDEO
“Birləşmiş Ştatlar İsrail ilə Ukraynaya 70 milyard dollar ayıra bilər”.
RTV Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Co Bayden bu məqsədlə konqresə müraciət edəcək.
Sözü gedən vəsaitin 60 milyard dolları Ukraynaya, qalan hissəsi isə İsrailə yönəldiləcək.
Dövlət Departamentindən o da bildirilib ki, yaxın vaxtlarda Bayden Meksika ilə sərhəddə təhlükəsizliyin gücləndirilməsi, eləcə də Tayvana əlavə dəstək məqsədilə də vəsait ayrılmasını təklif edəcək.
Xatırladaq ki, ölkə qanunvericiliyinə əsasən, prezidentin büdcə vəsaiti üzrə təkbaşına qərar vermək səlahiyyəti yoxdur.
Fərid Azəri