Ronaldo haqqında ACI HƏQİQƏT: Uşaqlıq dostu AÇIQLADI
    • 19-10-2023, 16:59
    • 199

Ronaldo haqqında ACI HƏQİQƏT: Uşaqlıq dostu AÇIQLADI

Kriştiano Ronaldonun uşaqlıq dostu olan Fabio Paim portuqaliyalı ulduz haqqında bəzi etiraflar edib. 

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Dünyanın ən çox qazanan futbolçusu Kriştiano Ronaldonun keçmişi ilə bağlı ağrılı həqiqət üzə çıxıb. 

"Sporting" Akademiyasından olan dostu Fabio Paim portuqaliyalı ulduzun uşaq ikən zibillikdən yemək yığdığını deyib.

“Zibillikdən yığdığımız yeməklərlə qarnımızı doydurardıq”,-deyə, o qeyd edib.

Ülkər Abdurahmanlı