"HƏMAS fəallarının raketlərlə bağlı səs yazısını ələ keçirmişik
    • 19-10-2023, 18:25
    • 168

"HƏMAS fəallarının raketlərlə bağlı səs yazısını ələ keçirmişik"

 Biz hətta iki nəfər HƏMAS fəalı arasında telefon danışığının səs yazısını ələ keçirmişik və bu telefon danışığı zamanı onlar bunun Qəzzadakı terrorçular tərəfindən atılan raket olması barədə danışırdılar. Biz bu söhbətin bütün səs yazısını mediaya yaydıq. Biz adətən Qəzzada terrorçuların telefonlarını necə dinləmək üsullarımızı açıqlamırıq

News24.az  xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “AZƏRTAC”a müsahibəsində deyib.

Səfir qeyd edib ki, terrorçular xəstəxanaya atılan və bu faciəyə səbəb olan raketin səhv atıldığını bilirdilər.

“Bunu dərhal başa düşdülər və ona görə də İsraili ittiham etməyə başladılar ki, günahı öz üzərlərinə götürməkdən yayınsınlar və insanları İsrailə qarşı qəzəbləndirmək üçün bundan təbliğat aləti kimi istifadə etsinlər. Reaksiyamız bir neçə saat sonra gəldi. Bunun bir neçə saat çəkməsinin səbəbi isə onlardan fərqli olaraq, bizim nə baş verdiyini dəqiq bildiyimiz faktlarımızdan 100 faiz əmin olmağımızla bağlı idi. Bir neçə saatdan sonra İsrail Müdafiə Qüvvələri baş verənləri tam şəkildə göstərən mediaya açıqlanmış sübutlarla çıxdı. Raketlər xəstəxananın yaxınlığında Qəzzada HƏMAS ilə əməkdaşlıq edən terror qruplarından biri olan Fələstin “İslami Cihad” tərəfindən atılıb və həmin raketlərdən biri səhv atılaraq havada partlayıb, sonra yerə - xəstəxananın üzərinə düşüb”.