"Biz bu müharibəni ona görə edirik ki..." - İsrail SƏFİRİ
    • 19-10-2023, 18:02
    • 256

"Biz bu müharibəni ona görə edirik ki..." - İsrail SƏFİRİ

Məsələ elə bu gün də bitə bilər. Əgər onlar bunu etməsə - silahlarını bizə verməsə və girovları azad etməsə geri çəkilməyəcəyik. Biz HƏMAS-a tam qalib gələnədək dayanmayacağıq”.

News24.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “AZƏRTAC”a a müsahibəsində deyib.

O bildirib ki, bu müharibənin yalnız bir məqsədi var: “O da HƏMAS-ın hərbi imkanlarının aradan qaldırılması, HƏMAS-ın və onların Qəzzadakı hökumətinin devrilməsi. Sizə bunu deyə bilərəm ki, bu müharibə elə bu gün də bitə bilər. Bunun baş verməsi üçün iki addım atılmalıdır. Birincisi, HƏMAS bütün hərbi sursatlarını təhvil verməli, ikincisi isə israilli əsirlərin hamısını azad etməlidir. Onlar indi Qəzzada girov götürülmüş hələ cəmi 9 aylıq Kfir, dörd yaşlı Ariel və digər uşaqları azad etməlidirlər. Onlar yaşlıları azad etməlidirlər. Həmin yaşlılar arasında Holokostdan xilas olanlar da var. Həmin şəxslər 70-80 il öncə nasistlərin zülmündən qurtulmuşlar. Qəzzada Marqaret Moses, Kain kimi girov götürülmüş insanlar var”.

Səfir müharibənin hansı halda bitəcəyini vurğulayıb.

“Nə vaxt ki, bizim bütün vətəndaşlarımız və bütün xarici vətəndaşlar, - hətta bəlkə də bunların arasında Azərbaycan vətəndaşı da var, - azad olunarsa və HƏMAS öz hərbi qüvvələrini təslim edib silahlarını bizə verərsə, hər şey bitəcək. Heç kim ölməli deyil. Heç kim savaşmalı deyil.

Sonda bir məsələni də demək istəyirəm. Biz bu gün bu müharibəni ona görə edirik ki, heç bir israilli uşaq bir daha HƏMAS terrorçularının onların yataq otaqlarına girərək onlara hücum edəcəyi qorxusu ilə yaşamasın. Bizim məqsədimiz budur”,.