Hərbi qulluqçularımız “Erciyes - 2023” təlimində iştirak edir
    • 19-10-2023, 18:29
    • 249

Hərbi qulluqçularımız “Erciyes - 2023” təlimində iştirak edir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.

“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.