"Ermənistan sponsorsuz yaşaya bilməz" - AÇIQLAMA
    • 20-10-2023, 19:08
    • 127

"Ermənistan sponsorsuz yaşaya bilməz" - AÇIQLAMA

Oktaybr 15də cənab prezident çıxışı ilə Ermənistan siyasi rəhbərliyinə mesaj verdi. Bütün bunlara baxmayaraq Yaxın şərqdə münaqişələrin gərginləşdiyi bir zamanda Ermənistan siyasi şou göstərməklə diqqətləri üzərinə çəkməyə çalışır. Əsassız bəyanat yaymağa davam edir. Bu kontekstdə anti-Azərbaycan kampaniyası həyata keçirən beynəlxalq təşkilatlar və dövlətlərə qarşı Bakının münasibəti necə olacaq?

News24.az xəbər verir ki, Müstəqilliyin Bərpası Günü ilə bağlı, politoloq Sədrəddin Soltan BiG.AZ-a danışıb.

"Cənubi Qafqazda mövqeylərini möhkəmləndirmək istəyən, bir sıra ölkələr Ermənistandan alət kimi istifadə etmək istəyirlər. Ermənistanın düşdüyü vəziyyətdən Azərbaycana qarşı istifdə etməyə cəhd göstərirlər. Ona görə də Ermənistan rəsmiləri müxtəlif şoular göstərilir. Nikol Paşinyanın Avropa parlamentindəki son çıxışı bunu bir daha təsdiq edir. Bu kimi kampaniyalara əsasən, Fransa başçılıq edir. Ermənistan bir daha sübut edir sponsorsuz yaşaya bilməz. Ermənistan Fransanı özü üçün sponsor kimi görür. Azərbaycanın Cənubi Qafqazda mövqeyi möhkəmləndikcə, beynəlxalq arenada tərəfdarları artdıqca, bu tip şouları göstərənlər geri addım atmalı olacaq. Bu tip ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan üçün etibarsız sayılacaq".