Ən təhlükəli avtomobillərin adları AÇIQLANDI
    • 20-10-2023, 20:59
    • 1 584

Ən təhlükəli avtomobillərin adları AÇIQLANDI

Rusiyada yol təhlükəsizliyi baxımından ən etibarsız yerli Lada Granta və köhnə Çin avtomobilləridir. 

News24.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu "Gazeta.Ru"ya açıqlamasında Milli Avtomobil İttifaqının (NAS) vitse-prezidenti Anton Şaparin bildirib .

O, izah edib ki, ən təhlükəli avtomobillər müasir aktiv və passiv təhlükəsizlik avadanlığı ilə təchiz olunmayan avtomobillərdir:

"Lada Granta, bloklanma əleyhinə əyləc sistemi (ABS) və hava yastığı olan bir avtomobil olaraq yaradıldı, lakin sonra bu seçimlərdən məhrum edildi. Belə bir avtomobil yolda özünü qeyri-münasib apara bilər və qəza baş verərsə, sürücü ciddi xəsarət alma riski daşıyır".

O, həmçinin sürücülərə xəbərdarlıq edib ki, paslanmış və ya qəzaya uğramış avtomobilləri idarə etməsinlər. 

Leyla SƏMƏNDƏR