-
- 21-10-2023, 11:30
- 486
Gürcüstanda Rahib Məmmədovun abidəsinin açılışı oldu - FOTO
Xobi bələdiyyəsinin Çaladidi kəndində 28 nəfəri seldən xilas edən Rahib Məmmədovun abidəsinin əsaslı təmirdən sonra açılışı, həmçinin ona həsr edilmiş "19 yaşlı xilaskar" adlı sənədli filmin təqdimatı olub.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, Xobi rayonunda keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, Azərbaycan və Türkiyənin Batumidəki konsulları, Gürcüstanın regional dövlət rəsmiləri, azərbaycanlı icmasının nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Faiq Quliyev Rahib Məmmədovun adının və xatirəsinin hər zaman Gürcüstanda yaşadılacağını bildirib.
Məlumat üçün bildirək ki, Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub.
Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.
Aynurə