"Liverpul"un ulduzu ölümdən döndü... - FOTO
    • 21-10-2023, 13:18
    • 138

"Liverpul"un ulduzu ölümdən döndü... - FOTO

"Liverpul"da çıxış edən Trent Alexander-Arnold avtomobili ilə səyahət edərkən ölümlə üz-üzə gəlib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Babet qasırğasının təsiri altında olan İngiltərədə faciəli hadisə baş verib. 

Çeşir ştatının Knutsford şəhərində öz “Range Rover” markalı avtomobili ilə səyahət edən “Liverpul”un futbolçusunun maşını üzərinə fırtınanın təsirindən işıq dirəyi aşıb. 

Trent Alexander-Arnold son anda əyləci basaraq mümkün ölümdən güclə qaça bilib.

Qeyd edək ki, futbolçu heç bir xəsarət almayıb.

Ülkər Abdurahmanlı