Qazi Natiq Mehdiyev ölümdən döndü- avtomobili yandı
    • 30-07-2023, 22:10
    • 603

Qazi Natiq Mehdiyev ölümdən döndü- avtomobili yandı

Xüsusi Təyinatlı Qüvvələrin giziri, Qazi Natiq Mehdiyev ölümdən dönüb.

News24.az xəbər verir ki, N.Mehdiyev özünə məxsus “Azsamand” markalı avtomobili idarə edərkən qəfildən maşında yanğın başlayıb. O, dərhal avtomobili tərk edərək öz həyatını xilas edə bilib. Maşın isə tamamilə yanıb.
Hadisə Lənkəran şəhərində baş verib. 

Natiq Mehdiyev bu gün başına gələn hadisəylə bağlı sosial media hesabında "Cana gələn mala gəlsin, canımıza bir şey olmasın inşallah",- sözlərini yazıb.

Qeyd edək ki, sözügedən avtomobil isə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmişdi.

Leyla SƏMƏNDƏR