Tanınmış futbolçu məscidin tualetini təmizlədi - VİDEO
    • 3-09-2018, 16:34
    • 928

Tanınmış futbolçu məscidin tualetini təmizlədi - VİDEO

Tanınmış seneqallı futbolçu ilə bağlı sosial şəbəkələrdə yayılan kadrlar təəccübləndirir.

Kadrlarda "Liverpul"un məşhur oyunçusu Sadio Manenin tualet təmizləməsi əks olunub.

Futbolçu daim ziyarət etdiyi Ər-Rəhma məscidinin ayaqyolusunu təmizləyib.

Məscid Liverpul şəhərinin Malqreyv küçəsində yerləşir.

Qeyd edək ki, Mane doğulduğu kənddə məktəb tikdirməsi ilə gündəmə gəlmişdi.