Bu müqavilə üçüncü Qarabağ müharibəsini başlada bilər - Deputat
    • 24-10-2023, 11:30
    • 242

Bu müqavilə üçüncü Qarabağ müharibəsini başlada bilər - Deputat

Fransa ilə Ermənistan arasında silah sursat müqaviləsinin imzalanması perspektivdə çox ciddi problemlər olduğundan xəbər verir. Bu, ən yaxşı halda  ermənilərin yenidən təxribatlar törətməsinə, ən pis halda isə üçüncü Qarabağ müharibəsini labüd edə bilər

News24.az xəbər verir ki, bunu Milli Məclisin oktyabr 24-də keçirilən iclası zamanı millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili əlavə edib ki, Fransa ilə Ermənistanın bu səpkidə yaxınlığından sonra baş verəcək proseslərdə məsuliyyət Fransanın üzərinə düşəcək. Azərbaycanın isə mövqeyi bəllidir.

Qumral Əliyeva