Qardaşımı küçədə yandırdılar - Xaçaturyan MƏHKƏMƏSİNDƏ GƏRGİN ANLAR
    • 24-10-2023, 12:12
    • 180

Qardaşımı küçədə yandırdılar - Xaçaturyan MƏHKƏMƏSİNDƏ GƏRGİN ANLAR

Meşəli hadisələrindən bir həftə əvvəl kənddə kimdə silah var idisə, yığmışdılar. Çünki, Meşəli kəndinin rəhbərliyi hamısı ermənilər idi.

News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryanın barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə  prosesində zərərçəkmiş Camal Allahverdiyev deyib. 

O bildirib ki, onların evində 7 tüfəng olub: "Hamıdan silahları yığandan sonra kəndə hücum elədilər. Qardaşımı küçədə yandırdılar. Badara erməniləri işıqlarımızı kəsirdilər, mal-qaralarımızı yığıb aparırdılar. Bizə zülüm verirdilər. Mənim qardaşım və qardaşım qızı hadisə zamanı şəhid olub". 

Zərərçəkmiş bildirib ki, Meşəlitə hücum edən dəstələrə Ermes, Armanis, Vaqif, Edo, Qürgen adlı ermənilər başçılıq edib:

 "Mən bunların heç birini tanımıram. Amma hadisədən sonra kənd sakinləri  bu adamların adlarını çəkirdilər. Deyirdilər ki, dəstəyə onlar başçılıq edib. Vaqif Xaçatryan hadisədə iştirakını inkar edə bilməz. Çünki Xaçatryan Meşəli kəndini çox yaxşı tanıyırdı. Vaqif gəlməsəydi, heç bir erməni Meşəliyə girə bilməzdi".

Samir Əli