Atam dedi ki, Vaqif, Qürgen və Armanis dəstəyə başçılıq edirdi - Zərərçəkmiş
    • 24-10-2023, 11:59
    • 117

Atam dedi ki, Vaqif, Qürgen və Armanis dəstəyə başçılıq edirdi - Zərərçəkmiş

Ermənilərin bizə verdiyi işgəncələri heç vaxt yadımdan çıxara bilmirəm.

News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryanın barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə  prosesində zərərçəkmiş Qərib Cəbiyev deyib. O bildirib ki, hadisə baş verərkən 10 yaşı olub: "Səhər saat 7-də atam postdan qayıtdı. Həyətdə ocağı yandıranda kəndi atəşə tutdular. Atam bizi görəterüb apardı Xəlil kişinin evinə. Bir də gördük Badara kəndinin bütün erməniləri bizə hücum etdi. Vaqif deyir ki, Badara kəndi soyqırımda iştirak etməyib. Badara ermənilərinin arvadları da hücum etdilər. Kişilər bizi atəşə tutdu, arvadları evlərimizi soydu, heyvan qaranı yığıb apardılar. Biz qaçıb çıxdıq, atam qaldı döyüşdü. Anam ayağından yaralandı. Mən 10 yaşında o soyuqda ayaqyalın çıxmışam kənddən. Gələndən sonra uzun müddət müalicə aldım. 

Atam dedi ki, Vaqif, Qürgen və Armanis dəstəyə başçılıq edirdi. Dedi ki kəndə atəş açanlara onlar rəhbərlik edirdi".

Samir Əli