-
- 24-10-2023, 11:54
- 350
"Vaqif indi burda özünü yazıq kimi göstərir" - Zərərçəkmiş
Meşəli kəndində əli azərbaycanlı qanına batmayan erməni yoxdur.
News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryanın barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Çərkəz Mehrəliyev deyib.
O bildirib ki, Meşəli hadisələrində anası, bacısı və qızı xəsarət alıb: "Vaqif Xaçatryan və onun qardaşı qətliama iştirak edib. Qızım dedi ki, ata, Vaqif Xaçaturyan bizi güllələdi. Vaqif indi burda özünü yazıq kimi göstərir. Yalan danışır. Bütün ermənilər o soyqrımda iştirak edib. Bunlara ən ağır cəza verilsin, çünki bunlar bizə olmazın işgəncələrin veriblər".
Samir Əli