-
- 24-10-2023, 12:26
- 228
Ali təhsili olmayan bu şəxslər fəaliyyət göstərə bilməyəcək - Deputat
Qanun qəbul ediləndən sonra ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ali təhsili olmayan qiymətləndiricilərin qanun qəbul ediləndən sonrakı taleyinə aydınlıq gətirilməlidir
Hazırda fəaliyyət göstərən qiymətləndiricilərin neçə faizinin ali təhsillidir?
Bu barədə araşdırma varmı? Varsa, aidiyyəti qurumlar bu barədə məlumat versə, yaxşı olar. Bilməliyik ki, bu qanun qəbul ediləndən sonra nə qədər vətəndaşımız işsiz qalacaq?
Qumral Əliyeva