Sahibə Qafarova sabah Türkiyəyə gedəcək
    • 24-10-2023, 16:22
    • 160

Sahibə Qafarova sabah Türkiyəyə gedəcək

Sabah-oktaybrın 25-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə "Report"a Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

Səfər çərçivəsində S.Qafarovanın TBMM-in sədri Numan Kurtulmuş və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.