Polislər yanan maşında qalan şəxsləri xilas etdilər - VİDEO
    • Bu gün, 10:47
    • 72

Polislər yanan maşında qalan şəxsləri xilas etdilər - VİDEO

Polislər Lənkəranda yanan maşında olan şəxsləri xilas ediblər.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyulun 31-də axşam saatlarında Lənkəran şəhərində "Ləvəngi" dairəsi adlanan ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsinin mühərrik hissəsi qəfildən alışıb. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları çevik reaksiya göstəriblər. Avtomobildə olan şəxslər düşürülərək onların təhlükəsizliyi təmin edilib. Alovun avtomobili tam bürüməsinin qarşısı da polislər tərəfindən alıb.

Həmin anı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.