Ermənistanda güclü PARTLAYIŞ: ölən var
    • Bu gün, 11:46
    • 49

Ermənistanda güclü PARTLAYIŞ: ölən var

Şirakın (Ermənistan) Voskeask kəndindəki yaşayış binasında baş verən partlayışda 13 yaşlı uşaq ölüb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

“Hadisə nəticəsində 13 yaşlı uşaq ölüb, onun meyiti dağıntılar altından çıxarılıb. Bundan əlavə, hadisə zamanı xəsarət almış daha iki sakin Gümrü tibb mərkəzinə yerləşdirilib”, - Abramyan bildirib.