2 yaşlı Mehrac faciəli şəkildə ÖLDÜ
    • Bu gün, 10:32
    • 89

2 yaşlı Mehrac faciəli şəkildə ÖLDÜ

Ağsu rayonunda ağır yol qəzası baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir rayon sakini Rəşad Mustafayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Bu zaman maşın qəzaya düşüb və sürücünün 2 yaşlı oğlu Mehrac ağır kəllə-beyin travması alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı orada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.