Nəvələrindən imtina edən nənə DANIŞDI: “Qızım atalığı ilə münasibətdədir” - FOTO
    • 25-10-2023, 12:59
    • 412

Nəvələrindən imtina edən nənə DANIŞDI: “Qızım atalığı ilə münasibətdədir” - FOTO

Xəbər verdiyimiz kimi, Gəncədə iki azyaşlıdan qəyyumu olan nənələri tərəfindən imtina edilib. Uşaqlardan biri 3-4 aylıq qız, digəri isə təxminən 3-4 yaşlı oğlandır.  

İki nəvəsindən də imtina edən 1969-cu il təvəllüdlü Mehriban Cəlilova Bizim.Media-ya özəl açıqlama verib.  

Özü və azyaşlıların valideynləri barəsində təfərrüatları danışan nənənin Birinci Qarabağ müharibəsi veteranı olduğu da ortaya çıxıb:  


“Nəvələrimin anası - qızım İlahə Natiq qızı Cəlilova 1994-cü il (29 yaş) təvəllüdlüdür. Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Qızımın nə birinci, nə də ikinci uşağı dünyaya gətirməsindən xəbərim olub. Oğlan nəvəmin doğulmağından məni ginekoloq Səkinə həkim xəbərdar edib. Sonra eşitdim ki, qızım qucağında körpəsi ilə gah narkomanların yuvasında, gah da fahişəxanalarda qalır.  

Bir müddət sonra baxdım ki, uşağı gətirib masanın üzərində buraxıb gedib. Qonşuların təkidi ilə uşağı böyütdüm. Amma körpəni böyüdənə qədər qeyri-rəsmi nikahda olduğum yoldaşımdan olmazın işgəncələr gördüm. Uşaqların heç birindən imtina etməmişəm. Kiçik uşaq 4 aylıq olduğu üçün iki uşağa baxmaq çətindir. Ona görə də məcbur qaldım”.  

Özünün də bir vaxtlar uşaq evində böyüdüyünü deyən Mehriban Cəlilova bəxtiz taleyindən şikayətlənib:


“Uşaq evində böyüyəndən sonra bizi internat məktəblərinə paylaşdırdılar. Sonra ailə qurdum və 4 ilin gəlini oldum. Boşanandan sonra qızım İlahənin atası ilə tanış oldum. Öyrəndim ki, narkomandır. Qızı böyüdənə qədər əzab və işgəncələr gördüm, dəfələrlə fiziki zorakılığa məruz qaldım.  

Daha sonra başqa biri ilə yaşamağa başladım. Yalnız birinci həyat yoldaşımla nikahım vardı. İndi isə ən dəhşətli xəbəri öyrənmişəm. Qızımın atalığı ilə münasibəti var. “Baxın bu beşik onlarındır (baxımsız evdəki çarpayını göstərir)”. Ərimin getməyə yeri yoxdur. Onu evə buraxmıram, amma gəlib elə burda qalır. Onu da deyim ki, kiçik nəvəm ərimdən deyil, Gəncədə bir makler var, ondandır”.  

Yeri gəlmişkən, Mehriban Cəlilova Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə əlillik müavinəti ala bilmədiyindən də gileylənib:


“Birinci Qarabağ Müharibəsinin aktiv iştirakçısı olmuşam. İlk döyüşüm Murovdağda olub. Daha sonra Ağdam uğrunda savaşda iştirak etmişəm. Bütün sənədlərim isə yerindədir. 2016-cı ildən müraciət etmədiyim qurum qalmayıb.

Üz tutduğum qurumlar isə məsələni bir-birinin üzərinə atır. Dolanışığım çox çətindir. Sadəcə veteranlığa görə aldığım 80 manatla dolanıram”, - deyə nənə əlavə edib.  

Qeyd edək ki, nənələri tərəfindən imtina edilən azyaşlılar Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər. Onların qanunvericiliyə uyğun olaraq dövlət müəssisəsinə yerləşdirilməsi planlaşdırılır.