-
- 25-10-2023, 16:36
- 1 031
Əməkdar artistin beynində yeni şiş aşkarlandı - FOTO
Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün beynində yeni şiş aşkarlanıb.
News24.az-ın xəbərinə görə, bu barədə o özü teleproqramlardan birində məlumat verib.
Qarmon ifaçısı qeyd edib ki, bir dəfə beynində yaranmış onkoloji şişə görə əməliyyat olunub. Vaxtaşırı səhhətində problemlər yaranır.
Son müayinəsində isə beynində yeni xoşxassəli şiş yaranması aşkarlanıb.
“Törəmə aşkarlansa da, o xoşxassəlidir. Yəni yenidən əməliyyata ehtiyac yoxdur. İnsanları vahiməyə, həyəcana salmaq istəmirəm. Allaha sığınmışam. Hər şey yaxşı olacaq”, - o bildirib.
Əməliyyatdan sonra pariklə efirə çıxan Əməkdar artistin xeyli dəyişməsi nəzərdən qaçmayıb.