Zeynal Nağdəliyev Firdovsi Əliyevi kollektivə təqdim etdi - FOTO
    • 26-10-2023, 12:48
    • 147

Zeynal Nağdəliyev Firdovsi Əliyevi kollektivə təqdim etdi - FOTO

Samux Rayon İcra Hakimiyyətinin yeni başçısı Firdovsi Əliyev kollektivə təqdim olunub.

News24.az Manset.az-a istinadla xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Firdovsi Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki,  Prezident İlham Əliyevin oktyabrın 25-də imzaladığı sərəncamla Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.