Tanınmış aktyora xərçəng diaqnozu qoyuldu - FOTO
    • 26-10-2023, 17:37
    • 236

Tanınmış aktyora xərçəng diaqnozu qoyuldu - FOTO

“The Walking Dead” və “House of Cards” seriallarında oynadığı rollarla məşhurlaşan Hollivud aktyoru Erik Censendə kolorektal xərçəngin dördüncü mərhələsi aşkarlanıb. 

News24.az xəbər verir ki, bu barədə NME məşhurun ailəsinə istinadən məlumat yayıb.

Sənətçinin yaxınları izah ediblər ki, il yarım əvvəl aktyor beyin anevrizması keçirib və indi ona kolorektal xərçəng diaqnozu qoyulub. 

Nəşrin aydınlaşdırdığı kimi, xərçəng artıq qaraciyərə metastaz verib.

Aynurə