DYP sürücülərə müraciət etdi
    • 27-10-2023, 11:22
    • 124

DYP sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən News24.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.

DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.