Peşə məktəbinə üz tutan universitet məzunlarının sayı ARTIR - SƏBƏBİ
    • 27-10-2023, 12:54
    • 321

Peşə məktəbinə üz tutan universitet məzunlarının sayı ARTIR - SƏBƏBİ

2023/2024-cü tədris ili üzrə tələbə qəbulunda ümumilikdə 37 nəfər ali təhsilli, 151 nəfər orta-ixtisas təhsilli şəxs peşə təhsil müəssisələrinə qəbul olunub.

Bu statistika onu göstərir ki, ali təhsilli şəxslər öz ixtisaslarına uyğun iş tapmaqda  çətinlik çəkirlər.

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, hazırda ölkədə işsiz olan ali təhsilli və yaxud ümumi orta təhsilli müəyyən bir kütlə var. Ali təhsil alan şəxslər hazırkı dövrdə iş tapa bilmir və yaxud ixtisasları üzrə çalışmaq istəmirlər deyə peşə təhsilinə yönəlirlər.

Onun sözlərinə görə, bu hal dünyanın əksər ölkələrində geniş yayılıb: 

"Ali təhsili şəxslər əmək bazarının tələblərini araşdırdıqda görürlər ki, hazırda peşə sahələrinə çox böyük maraq var. Statistikada göstərilən rəqəm indiki hal üçün qənaətbəxş deyl. Əmək bazarı inkişaf etdikcə peşə təhsilinə yiyələnmək istəyən şəxslərin sayı artacaq".

Ekspert bildirib ki ali təhsilli şəxslərin peşə ixtisasına yiyələnməsində əsas rol oynayan amil təcrübə məsələsidir. Bitirdikləri ixtisas üzrə təcrübə tələb olunduğundan onlar iş tapmaqda böyük çətinlik çəkirlər.

“Ali təhsilli şəxslərin yeni peşə öyrənməsini yüksək qiymətləndirirəm”,-deyə, ekspert fikirlərini yekunlaşdırıb.

Ülkər Abdurahmanlı