Dönərdən zəhərlənən məktəblilərin hamısı evə BURAXILDI
    • 27-10-2023, 12:36
    • 181

Dönərdən zəhərlənən məktəblilərin hamısı evə BURAXILDI

24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

TƏBİB-dən News24.az-a verilən xəbərə görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb. 27.10.2023-cü il tarixində müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.