İsrailin sərhəd bölgələrindən təxliyə edilənlərin SAYI
    • 27-10-2023, 16:49
    • 110

İsrailin sərhəd bölgələrindən təxliyə edilənlərin SAYI

Oktyabrın 7-də Fələstinlə münaqişənin başlamasından bu yana 125 minə yaxın dinc sakin İsrailin sərhəd bölgələrindəki evlərindən təxliyə edilib. 

News24.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti yazır.

Nəşr İsrailin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəhbəri Yoram Laredoya istinadən bildirir ki, o, hakimiyyət orqanlarının təxliyə edilənlərə bu ilin sonuna qədər hotellərdə qalmağı tövsiyə etdiyini qeyd edib. 

“Biz hökumətin qərarını həyata keçirmək və lazımi resursları təmin etmək üçün çalışırıq. Ölkənin şimal və cənub bölgələrindən mülki şəxslər dövlət hesabına hotellərə və qonaq evlərin köçürülüb”, - rəsmi əlavə edib.

Akqabay