-
- 26-10-2023, 14:11
- 161
"Ayətullaha cavab veriləcək" - ABŞ
ABŞ prezidenti Co Bayden İrana bağlı qüvvələrin İraq və Suriyada ABŞ qüvvələrinə hücumları ilə bağlı növbəti dəfə İran hökumətinə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Bayden buna görə İranı cəzalandırılacağını deyib.
"Ayətullaha (Əli Xamənei nəzərdə tutulur) xəbərdarlıq etmişdim ki, ABŞ qüvvələrinə hücumların davam edəcəyi təqdirdə cavab veriləcək. İndi o, hazır olsun, bunun İsraillə heç bir əlaqəsi yoxdur", – deyə Bayden İrana zərbə endiriləcəyi ehtimalına işarə edib.
ABŞ prezidenti qeyd edib ki, ölkəsinin qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparır və onun yenidən təşkilatlanmasının qarşısını almağa çalışır, bunun İsraillə heç bir əlaqəsi yoxdur.
Aynurə