-
- 30-10-2023, 12:47
- 261
Paşinyanın anti-Rusiya siyasəti Ermənistanı hara aparır? - Şok SSENARİ
“Nikol Paşinyan başda olmaqla Ermənistan hökuməti açıq-aşkar anti-Rusiya siyasəti aparır, məqsəd Ermənistanı Rusiyadan tamamilə kəsib Qərbə doğru aparmaqdır”.
News24.az xəbər verir ki, bu barədə erməni politoloq Arman Qukasyan deyib.
Qukasyanın sözlərinə görə, Paşinyan və komandası bu bu yolda dayanmayacaq: “Çünki anti-Rusiya siyasəti Paşinyana öz hakimiyyətini saxlamaq üçün bir fürsətdir”.
Politoloq bildirib ki, Qərb Ermənistana zəmanət və konkret təkliflər vermədi.
“Ermənistan-Rusiya münasibətlərindən imtina etmək, Rusiya ilə müttəfiqlik münasibətlərini kəsmək bizi sadəcə olaraq çox çətin vəziyyətə salacaq. Ukrayna və Moldova nümunəsi göz qabağındadır. heç də əbəs yerə deyil ki, Mixail Saakaşvilinin son vaxtlar xüsusi fəallığı var. Təəssüf hissi ilə deməliyəm ki, yaxın gələcəkdə biz daha qabarıq anti-Rusiya addımlarının və hərəkətlərinin şahidi olacağıq”.
O qeyd edib ki, Ermənistan üçün Rusiya iqtisadi baxımdan da önəmlidir. Bütün bunların kontekstində müzakirə olunan Rusiya qazını İran qazı ilə əvəz edə bilməz, İran qazı daha bahadır, bu da iqtisadiyyatımıza ciddi təsir edəcək. Sadəcə bunları sadalamaqla məlum olur ki, Qərb Rusiyaya alternativ ola bilməz”, - deyə o, fikrini yekunlaşdırıb.
Ayşən