-
- 30-10-2023, 17:17
- 612
Xaçatryana hansı cəza verilə bilər? - RTV VİDEO
I Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı çoxsaylı ağır cinayətlərdə ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesi davam edir.
RTV xəbər verir ki, məhkəmə onun ittiham olunduğu epizodlar üzrə istər zərərçəkənlərin, istərsə də şahidlərin ifadələri açıqlandıqca ona yekunda hansı cəzanın veriləcəyi maraq doğrurur.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, qanunvericilik 68 yaşlı V. Xaçatryanın ən ağır cəzaya məhkum edilməsinə icazə vermir.
“Əslində bu istiqamətdə qanunvericilik dəyişə bilməz. Qanun yalnız qəbul olunandan sonrakı münasibətlərə şamil edilir. Bizim qanunvericiliyə görə də 65 yaşdan yuxarı kişilərə ömürlük həbs cəzası verilmir. Bu baxımdan biz ona yalnız maksimal cəza həddi verə bilər. Az ciddi cəzanı daha ciddi cəza ilə əvəz etməklə, maksimum 20 ilə qədər cəza verə bilərik. İsrail Holokost qətliamında iştirak edən şəxslərdən birinin uzun müddət sonra həbs edilməsinə nail ola bilmişdi. O zaman bir gün ərzində qanun dəyişdirilmiş, ölüm cəzası nəzərdə tutulmuşdu. Həmin şəxsə tətbiq ediləndən sonra isə ölüm cəzası ləğv edilmişdi. Sivil cəmiyyətlərdəki proseslərdə belə halların olmasını güman etmirəm. Azərbaycan Xaçatryana ağır cəza verilməsindən ötrü qanun dəyişikliyinə getməz. Avropa Şurasında ölüm cəzaları ləğv olunmuşdu. Eyni zamanda biz bu günlərdə 13 saylı protokola da qoşulduq. Ona görə də güman etmirəm ki, biz hansısa bir formada qanunvericilikdə dəyişik edək”.
Fərid Azəri