Zelenski komandasında çatlar gözlənilir:
    • 31-10-2023, 15:33
    • 259

Zelenski komandasında çatlar gözlənilir: "Taktika dəyişəcək"

“Qış gələnə qədər Ukrayna prezidenti Vladimir Zelenskinin komandasında ciddi sarsıntılar gözlənilir. Ukrayna silahlı qüvvələrinin Rusiya-Ukrayna cəbhəsindəki taktikası da dəyişəcək”.

News24.az xəbər verir ki, bu barədə “Time”  qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, ən azı bir nazir istefa verəcək və Ukrayna ordusunun ləng irəliləyişinə görə Ukrayna əks-hücum əməliyyatlarına cavabdeh olan yüksək rütbəli general istefaya göndərilə bilər.

 

“Ukrayna ordusu irəliləmir və buna səbəb həm də cəbhə xəttindəki bəzi komandirlərin birbaşa prezident aparatı tərəfindən verilsə belə, hücumla bağlı əmrləri yerinə yetirməkdən sadəcə imtina etməsidir. Bir çox komandirlər sadəcə səngərdə oturub müdafiəni saxlamaq istəyirlər. Bu, həm Kiyevdə, həm də Qərbdə narahatlıq doğurur”.

Nəşr həmçinin bu il sentyabrın sonunda Ukrayna prezidentinin ABŞ-a səfərinin bəzi təfərrüatlarını təqdim edir.

“Xüsusən də Zelenskinin təkcə davam edən müharibəyə görə deyil, həm də müttəfiqlərinə Ukraynanın cəbhədə qalib gələ bilməsi üçün yardıma ehtiyacı olduğunu mütəmadi olaraq başa salmaq məcburiyyətində qaldığına dair sözləri oxucunun diqqətini çəkir. Zelenski həmçinin şikayət edib ki, ondan başqa heç kim Ukraynanın Rusiyanı döyüş meydanında məğlub edə biləcəyinə inanmır. Buna baxmayaraq, o, nikbindir və qələbənin mümkün olduğuna inanır, baxmayaraq ki, çox səy, enerji, resurs və enerji tələb olunacaq. Bir çox müttəfiqlərin Ukrayna münaqişəsindən artıq “yorğun olması” da Zelenskini ruhdan salırdı”, - deyə nəşr qeyd edir.


“Time” yazır ki, “ABŞ səfərindən sonra prezident Zelenski çox qəzəbləndi və özünü döyüş meydanında qalib gəlmək üçün lazımi vasitələrdən məhrum edən və ölkəsinin hazırkı müharibədə sağ qalması üçün lazım olan Qərb müttəfiqləri tərəfindən xəyanət və tərk edilmiş hiss etdi. 

“Qərb və xüsusən də ABŞ Ukraynaya ehtiyacı olduğu qədər kömək edəcəklərinə əminliklərini davam etdirsələr də, görünən odur ki, praktiki baxımdan Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində Ukraynaya tədarüklə bağlı problemlər öz həllini tapmayıb”.

Ayşən