İsrailin bu addımı QƏBULEDİLMƏZDİR - Lavrov
    • 31-10-2023, 21:00
    • 148

İsrailin bu addımı QƏBULEDİLMƏZDİR - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və suriyalı həmkarı Feysəl əl-Mikdad arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, telefon danışığı zamanı Qəzza zolağı ətrafında baş verən hadisələr müzakirə olunub.

S.Lavrov bu münaqişə fonunda İsrailin Suriyaya hava zərbələri endirməsinin qəbuledilməz olduğunu bildirib.

XİN başçıları Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.