"Daha çox zamana ehtiyac var" - Emin Əmrullayev
    • 1-11-2023, 11:00
    • 106

"Daha çox zamana ehtiyac var" - Emin Əmrullayev

"Təhsil elə bir sahədir ki, burada qısa müddətdə uğur əldə etmək çətindir. Daha çox zamana ehtiyac var".

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.

Nazir bildirib ki, innovasiyaların uzunmüddətli inkişafından danışırıqsa, məktəblərdən, hətta məktəbəqədər təhsil müəssiaələrindən başlamalıyıq: “Lakin qısa müddətdə innovativ inkişafdan danışırıqsa, bu zaman ali təhsil müəssisələrindən danışmalıyıq. 

Artıq bilik paylaşan müəssisələrdən bilik yaradan müəssisələrə inteqrasiya etməliyik. İş axtaranlardan iş verənlərə keçid edərək inkişafa töhvə verə bilərik. Bilik qazanmaq nə qədər önəmlidirsə, biliyi idarə etmək də o qədər önəmlidir”.

Qumral