Etibar İsmayılova hökm oxundu
    • 1-11-2023, 17:14
    • 226

Etibar İsmayılova hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Nardaran sakini Etibar İsmayılovun məhkəmə prosesi yekunlaşıb.

News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

Məhkəmənin hökmü ilə Etibar İsmayılov 9 il 9 ay azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxs Etibar İsmayılov Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Samir Əli